Bank Of Baku

Həştərxan vilayətində 20-yə yaxın azərbaycanlı biznesmen çalışır

Həştərxan vilayətində 20-yə yaxın azərbaycanlı biznesmen çalışır
# 16 dekabr 2009 12:16 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bakıda səfərdə olan Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyəti bu gün İqtisadi İnkişaf Nazirliyində vilayətin prezentasiyasını keçirib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov iştirak edib.

Nümayəndə heyətinin rəhbəri, vitse-qubernator, Həştərxan hökumətinin başçısı Konstantin Markelov bildirib ki, vilayətdə 20-yə yaxın Azərbaycan vətəndaşı olan biznesmen çalışır, 25-ə yaxın müəssisə birgə kapitalla fəaliyyət göstərir. O, əlaqələri möhkəmləndirmək və genişləndirmək məqsədilə işçi qrupu yaratmağı təklif edib. Birgə əməkdaşlıq təklifləri ilə çıxış edən K.Markelov ilk növbədə gəmiqayırma sahəsində əməkdaşlıq imkanlarından danışıb, vilayətdə yerləşən Olya limanını birgə inkişaf etdirmək, hazırda qeyri-müntəzəm fəaliyyət göstərən Olya-Bakı parom xətti vasitəsilə orada nəqliyyat-logistika mərkəzi yaratmaq ideyalarını açıqlayıb.

Tərəflər Xəzərdə karbohidrogen yataqlarının birgə işlənməsi Azərbaycan dəmiryol nəqliyyatının Həştərxan teplovoztəmir zavodunda təmiri, vilayətin kənd təsərrüfatının inkişafına Azərbaycan kapitalının cəlb edilməsi və s. məsələləri müzakirə ediblər. Görüşdə nərəkimilərin qorunması və artırılması probleminə dair mövqelərin üst-üstə düşdüyü qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR