Bank Of Baku

Azərbaycanda yanvar-noyabr aylarında əhaliyə istehlak mallarının satışı 8,6% artıb

Azərbaycanda yanvar-noyabr aylarında əhaliyə istehlak mallarının satışı 8,6% artıb
# 17 dekabr 2009 07:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – ARA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın əmtəə bazarında əhaliyə 10,5 mlrd. manatlıq və ya 2008-ci ilin müvafiq dövründəkindən 8,6% çox istehlak malları satılıb və iaşə xidmətləri göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 94,8%-i pərakəndə ticarət müəssisələri, 5,2%-i isə iaşə müəssisələri üzrə əldə edilib.

Cari ilin əvvəlindən ticarət və iaşə şəbəkələrindən hər bir ölkə sakini orta hesabla ayda 107,5 manatlıq və ya 2008-ci ilin eyni dövrü ilə müqayisədə 7,4 manat çox müxtəlif istehlak malları alıb. Bu artım ticarət şəbəkəsi üzrə 7 manat, iaşə şəbəkəsi üzrə isə 0,4 manat təşkil edib.

Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində qeyri-dövlət müəssisələrinin xüsusi çəkisi 99,2% təşkil edib.

Bununla yanaşı, 2009-cu ilin on bir ayında pərakəndə əmtəə dövriyyəsinin artımının 99,6%-i özəl müəssisələrin ticarət və iaşə fəaliyyəti sayəsində yaranmış və bu müəssisələr üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 8,6% artaraq 10,4 mlrd. manata çatıb.

Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcminin 2,8%-ni iaşə müəssisələrinin dövriyyəsi təşkil etmiş, əhaliyə 296,9 mln. manatlıq və ya 2008-ci ilin eyni dövründəkindən 16,7% çox iaşə xidmətləri göstərilib. Özəl iaşə müəssisələri üzrə dövriyyənin real həcmi 19,1% artaraq 286,3 mln. manat olub.

Hesabat dövründə iaşə müəssisələri istisna olmaqla, pərakəndə ticarət şəbəkəsindən əhaliyə 10,2 mlrd. manatlıq və ya 8,4% çox əmtəə satılıb. Artımın 85,5%-i hüquqi şəxs statuslu və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrində, 14,5%-i bazar və yarmarkalarda yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR