Bank Of Baku

Saxlama müddəti ötmüş 65 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 65 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 17 dekabr 2009 16:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nəsimi rayonunda D.Əliyeva küçəsi, 251 ünvanında «Sərdar T» müəssisəsinə məxsus «TSV» marketdə, Droqal döngəsi, ev 4 ünvanında «Turan market»də, Nizami küçəsi, 149 ünvanında «Rahat market»də, Göygöl rayonunda A.Hacıyev küçəsi, 59 ünvanında Ceyhun Niftəliyevə məxsus ərzaq malları mağazasında, həmçinin Gəncə şəhərində Sələddin Musayevə məxsus ərzaq malları mağazasında ümumi çəkisi 65 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, yağlar, makaron məmulatları, balıq və süd məhsulları, pivə, meyvə şirələri, sular, çay, kofe, duz və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR