Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu 19 rayonda 80 sahibkara güzəştli kredit verib

Sahibkarlığa Kömək Milli Fondu 19 rayonda 80 sahibkara güzəştli kredit verib
# 18 dekabr 2009 09:02 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov - APA. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göyçayda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Aran iqtisadi rayonunda və ətraf iqtisadi rayonlarda fəaliyyət göstərən 300-dən artıq sahibkar iştirak edib.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların maarifləndirilməsinin vacibliyini qeyd edib, bu sahədə görülən işlər, eləcə də həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

Öz növbəsində SKMF-nin icraçı direktoru Şirzad Abdullayev Fondun yeni Əsasnaməsi və vəsaitlərinin istifadəsi qaydaları barədə tədbir iştirakçılarına geniş məlumat verib, yeni qaydaların tətbiq edilməsinin sahibkarların dövlətin güzəştli kreditlərinə çıxış imkanlarının genişləndirilməsində, investisiya layihələrinin maliyyələşdirilməsində operativliyin təmin olunmasında əhəmiyyətini qeyd edib.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Göyçay, Ucar, Zərdab, Bərdə, Yevlax, Ağcabədi, Hacıqabul, Salyan, Saatlı, İmişli, Biləsuvar, Şamaxı, Goranboy, Tərtər, Gəncə, Göygöl, Samux, Şəmkir və Tovuz rayonlarında fəaliyyət göstərən 80-dən çox sahibkara 7,3 mln. manat güzəştli kreditlər verilib. Bu güzəştli kreditlər hesabına 400-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, 2009-cu ilin ötən dövrü ərzində SKMF-dan güzəştli kredit almış sahibkarlıq subyektlərinin sayı 2 035-ə, verilmiş güzəştli kreditlərin həcmi isə 126 mln. manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR