Bank Of Baku

Dövlət Miqrasiya Xidmətinin rəisi: Azərbaycanda xırdavat satışı ilə məşğul olan əcnəbilər ölkəyə qanuni yolla gəlir

Dövlət Miqrasiya Xidmətinin rəisi: Azərbaycanda xırdavat satışı ilə məşğul olan əcnəbilər ölkəyə qanuni yolla gəlir
# 18 dekabr 2009 10:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda xırdavat satışı ilə məşğul olan əcnəbilər ölkəyə qanuni yolla gəlir. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov məlumat verib.

A.Rəhimovun sözlərinə görə, hazırda ən ucqar yaşayış məntəqələrində belə rast gəlinən çinlilər, pakistanlılar və digər ölkələrdən olanlar əsasən bütün sənədləşmə işlərini həll edirlər: «Yoxlamalar göstərir ki, bu əcnəbilər ölkəyə qanuni qadada gəlir. Vizaları var, göstərilən müddətdə Azərbaycanda qalır və müddət başa çatdıqda ölkəni tərk edirlər».

Əcnəbilərlə bağlı narahatlığa da əsas görmədiyini deyən A.Rəhimovun sözlərinə görə, hazırda Azərbaycanda əmək miqrantları ilə bağlı kvota hazırlanır. Gələn ildən tətbiq ediləcək bu kvota Nazirlər Kabineti tərəfindən təsdiq olunandan sonra qüvvəyə minəcək. Bu sənəddə hansı sahələr üzrə nə qədər əməkçi lazım olduğu göstəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR