Bank Of Baku

Azərbaycan İnvestisiya Şirkəti vəsaitini tam yerləşdirib

Azərbaycan İnvestisiya Şirkəti vəsaitini tam yerləşdirib
# 18 dekabr 2009 12:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) sərbəst vəsaitini tam şəkildə yerləşdirib. «APA-Economics»in məlumatına görə, bu barədə AİŞ-in icraçı direktoru Əfqan İsayev bildirib.

Ə.İsayevin sözlərinə görə, artıq şirkətin təxminən 90 mln. manatlıq sərbəst vəsaiti tam yerləşdirilib: «Hazırda AİŞ-in iştirak edəcəyi bir sıra layihənin rəsmi proseduraları aparılır ki, artıq şirkətin hansı layihəyə nə qədər vəsait ayıracağı müəyyənləşdirilib».

Xatırladaq ki, AİŞ 2006-cı ilin mart ayında yaradılıb. Şirkətin investisiya fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsindən ibarətdir. Şirkətin hazırki nizamnamə kapitalı 90 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR