Bank Of Baku

Azərbaycanla Həştərxan balıq vətəgələrinin istifadəsi üzrə layihə həyata keçirəcək

Azərbaycanla Həştərxan balıq vətəgələrinin istifadəsi üzrə layihə həyata keçirəcək
# 18 dekabr 2009 13:03 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Xəzər dənizinin bioehtiyatlarının istifadəsi ilə bağlı Həştərxanın Azərbaycana təklifləri var. “APA-Economics”in məlumatına görə, bunu Rusiyanın Həştərxan vilayətinin vitse-qubernatoru, Həştərxan hökumətinin başçısı Konstantin Markelov jurnalistlərə verdiyi açıqlamada bildirib.

K.Markelovun sözlərinə görə, Həştərxanda yerləşən Xəzər Balıq Təsərrüfatı Elmi-Tədqiqat Institutunun alimləri kilkə hasilatı üzrə yeni metodika yaradıb və hazırda Xəzərdə bununla bağlı ciddi araşdırmalar aparır. İnstitut artıq balıqçılara kilkə və kefal balıq vətəgələri yerlərini, balıq tutma metodikalarını təklif edir.

Vitse-qubernator bildirib ki, Həştərxan kilkə tutmaq üçün 45 tonluq kvotaya malikdir, lakin bu kvota cəmi 10% istifadə edilir: “Bunun səbəbi ondadır ki, Xəzərdə ançous kilkələri yetişdirilir və onların miqdarı elədə çox deyil. Azərbaycanla Həştərxan sərhədində isə adi kilkə balığının vətəgələri mövcuddur. Bu vətəgələri istifadə etmək üçün Azərbaycan Həştərxanla birgə layihə həyata keçirə bilər. Bu, hər iki dövlətə bu sahədə emal istehsalatını işə salmağa imkan verər”.

K.Markelov qeyd edib ki, bioehtiyatların qorunması sahəsində də bir sıra məsələlər mövcuddur: “Bunlar Xəzər ətrafı ölkələrin müzakirə etdiyi ciddi məsələlərdən biridir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR