Bank Of Baku

Azərbaycan kişi geyiminin istehsalını artırıb

Azərbaycan kişi geyiminin istehsalını artırıb
# 21 dekabr 2009 12:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda toxuculuq, tikiş, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən cari ilin on bir ay ərzində 72,5 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yanvar-noyabr aylarında pambıq ipliyin istehsalı 1,2%, pambıq yataq ağlarının istehsalı isə 2,5 dəfə artıb.

Bununla yanaşı, hesabat dövründə kişi şalvarlarının istehsalı 3,7 dəfə, palto, gödəkcə və plaş istehsalı 6,9%, kostyum istehsalı 60,4% artıb.

Bundan başqa, 2009-cu il dekabrın 1-i vəziyyətinə bu sahələrin müəssisələrinin anbarlarında 32 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 13,9%-i qədər hazır məhsul olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR