Bank Of Baku

Azərbaycanın daxili bazarında bayram hədiyyələri ilə bağlı gündəlik monitorinqinə başlanılıb

Azərbaycanın daxili bazarında bayram hədiyyələri ilə bağlı gündəlik monitorinqinə başlanılıb
# 21 dekabr 2009 14:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda Yeni İl bayramı ilə əlaqədar içərisində müxtəlif ərzaq məhsulları olan bayram hədiyyələrinin satışının artması ilə bağlı İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə dövlət xidmətləri istehlak mallarının qiymətlərinin gündəlik monitorinqinə başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, saxlama müddəti ötmüş ərzaq mallarının insan orqanizmi üçün təhlükəli olmasını, kiçik yaşlı uşaqların Yeni il hədiyyələrindən daha çox istifadə etdiklərini nəzərə alaraq, İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti bayram hədiyyələri ilə bağlı monitorinqlərə başlayıb.

«Əvvəlki illərin təcrübəsi göstərir ki, bayram günlərində pirotexniki məmulatların satışı hallarına da rast gəlinir. Bu cür məmulatların qanundankənar dövriyyəsinin insanların həyat və sağlamlığı üçün təhlükə mənbəyi olması səbəbindən İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarında pirotexniki məmulatların satışının qarşısının alınması məqsədilə yoxlamalar aparacaq», - deyə Nazirlikdən bildirilib.

Qanunvericiliyin tələblərini pozan şəxslər barədə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq inzibati tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR