Bank Of Baku

Azərbaycan alkoqollu içkilərin idxalını 80% azaldıb

Azərbaycan alkoqollu içkilərin idxalını 80% azaldıb
# 22 dekabr 2009 08:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-noyabr aylarında Azərbaycana 1 319 156,6 litr spirt, 6 241 137 litr alkoqollu içki idxal olunub. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hesabat dövründə Azərbaycana gətirilmiş spirtin dəyəri 1 311,8 min ABŞ dolları, alkoqollu içkilərin dəyəri isə 9 196,7 min ABŞ dolları təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar-noyabr aylarında Azərbaycana spirt idxalında 20,3%, alkoqollu içkilərin idxalında 79,8% azalma olub. Spirtin və alkoqollu içkilərin dəyərində isə müvafiq olaraq 24,9% və 64,2% azalma qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR