Bank Of Baku

Yeni ildən Gürcüstanda zinət əşyaları bahalaşacaq

Yeni ildən Gürcüstanda zinət əşyaları bahalaşacaq
# 22 dekabr 2009 15:16 (UTC +04:00)
Tiflis. Nino Jvaniya – APA. Yeni ildən Gürcüstanın Gömrük Məcəlləsinin zinət əşyaları bölməsinə dəyişikliklər qüvvəyə minəcək.

APA-nın Gürcüstandakı xüsusi müxbirinin verdiyi məlumata görə, hökumətin təşəbbüsü və yerli istehsalı himayə etmək məqsədi ilə 1 yanvar 2010-cu ildən idxal olunan zinət əşyalarına gömrük tarifləri 0%-dən 12%-ə qaldırılacaq.

Yerli analitiklərin fikrincə, yerli istehsalçılar bu dəyişiklikdən yararlana biləcəklər, idxalçılar isə bundan ciddi əziyyət çəkəcəklər. Çünki zərgərlik məmulatlarının satışının onsuz da aşağı olduğu ölkədə qiymətləri qaldırmaq məcburiyyətində qalacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR