Bank Of Baku

Azərbaycan hökuməti xüsusi iqtisadi zonalarla bağlı bəzi normativ aktları təsdiq edib

Azərbaycan hökuməti xüsusi iqtisadi zonalarla bağlı bəzi normativ aktları təsdiq edib
# 22 dekabr 2009 15:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti “Xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin aparılması Qaydası”nı, “Xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsinin forması”nı və “Hüquqi və fiziki şəxslərin xüsusi iqtisadi zonanın administrasiyasında qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin nümunəvi formasının və ərizəyə əlavə edilən sənədlərin siyahısı”nı təsdiq edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalara əsasən xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin aparılması, onlara xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsinin verilməsi xüsusi iqtisadi zonanın administrasiyası tərəfindən həyata keçiriləcək. Səhmləri və ya payları 100% dövlətə məxsus olan hüquqi şəxslər xüsusi iqtisadi zonanın rezidenti kimi qeydiyyatdan keçə bilməzlər. Xüsusi iqtisadi zonanın rezidentləri barədə məlumatlar xüsusi iqtisadi zonanın rezidentlərinin reyestrinə daxil ediləcək.

Qaydalarda xüsusi iqtisadi zonanın rezidenti kimi fəaliyyət göstərmək üçün müraciətə baxılması, təqdim olunan sənədlər və s. göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR