Dəyişikliyə əsasən iqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri aşağıdakı kimi müəyyənləşdirilib:
Sahibkarlıq kateqoriyası | İşçilərin orta siyahı sayı (nəfər) | İllik dövriyyə |
Sənaye və tikinti | < 50 | ≤ 500 min manat |
Kənd təsərrüfatı | < 25 | ≤ 250 min manat |
Topdansatış ticarət | < 15 | ≤ 1 mln. manat |
Pərakəndəsatış ticarət, nəqliyyat, xidmət və digər iqtisadi fəaliyyət növləri | < 10 | ≤ 250 min manat |
Dəyişikliklərə əsasən, sahibkarlıq subyektinin kiçik sahibkarlıq sektoruna aid edilməsi üçün hər iki göstərici bu sektor üçün müəyyənləşdirilmiş hədlər daxilində olmalıdır. Yeni fəaliyyətə başlayan sahibkarlıq subyektləri üçün 1 il müddətində bu hədlərlə müəyyən edilmiş işçilərin say meyarı, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin kiçik sahibkar kimi müəyyənləşdirilməsində isə illik dövriyyə meyarı əsas götürülür.