Bank Of Baku

Azərbaycan tütün idxalını 34% azaldıb

Azərbaycan tütün idxalını 34% azaldıb
# 23 dekabr 2009 12:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-noyabr aylarında Azərbaycana 2 166,3 ton tütün, 10 178 397,5 min ədəd tütün məmulatı (siqaret, papiros, siqar və s) idxal olunub. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Ölkəyə idxal olunmuş tütünün dəyəri 4 841,6 min ABŞ dolları, tütün məmulatlarının dəyəri isə 195 159,9 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycana tütün idxalında 33,9%, tütün məmulatlarının idxalında isə 2,4% azalma olub. İdxal olunmuş tütün və tütün məmulatlarının dəyəri isə müvafiq olaraq 19,1% azalıb və 11,4% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR