Bank Of Baku

Ukrayna Odessa Kinostudiyasını satışa çıxarıb

Ukrayna Odessa Kinostudiyasını satışa çıxarıb
# 23 dekabr 2009 15:28 (UTC +04:00)
Bakı - APA-Economics. Ukraynanın Dövlət Əmlakı Fondu məşhur Odessa Kinostudiyasının dövlətə məxsus 50,01% səhm paketini satışa çıxarıb.

APA-Economics”in məlumatına görə, dövlətin səhm paketinin hazırkı qiyməti 31,085 mln. qrivna (4,2 mln. dollar) təşkil edir.

İki il əvvəl Dövlət Əmlakı Fondu 49,99% səhm paketinə malik “Novaya Kinostudiya” MMC-nin Odessa Kinostudiyasını satmaq barədə təklifini rədd edib. Buna səbəb kimi MMC tərəfindən investisiya öhdəliklərinin yerinə yetirilməməsi göstərilib.

Qeyd edək ki, Odessa Kinostudiyası 1919-cu ildə yaradılıb. Burada “D’Artanyan və üç muşketyor”, “Görüş yerini dəyişmək olmaz” və s. kimi məşhur filmlər çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR