Bank Of Baku

Azərbaycan-Ukrayna ticarət dövriyyyəsində ilk dəfə Azərbaycanın xeyrinə müsbət saldo yaranıb

Azərbaycan-Ukrayna ticarət dövriyyyəsində ilk dəfə Azərbaycanın xeyrinə müsbət saldo yaranıb
# 24 dekabr 2009 09:05 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Son 18 ildə ilk dəfə olaraq Azərbaycanla Ukrayna arasında ticarət dövriyyyəsində Azərbaycanın xeyrinə müsbət saldo yaranıb. APA-nın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk bu gün keçirdiyi mətbuat-konfransında bildirib.

B.Klimçukun sözlərinə görə, 2009-cu ilin oktyabr ayında Ukrayndan Azərbaycana 57,5 mln. ABŞ dolları həcmində mal idxal olunub, Azərbaycanın Ukraynaya ixracı isə 73,6 mln. dollar həcmində olub. «Bu sıçrayış Azərbaycan neftinin Ukraynanın Kremençuq Neftayırma Zavodunda emalına başlanması nəticəsində əldə olunub», - deyə səfir vurğulayıb.

Bu il Kiyevdə Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəliyinin açıldığını xatırladan B.Klimçuk bildirib ki, Odessa vilayətində şirkətə məxsus 30 yanacaqdoldurma məntəqəsinin qeydiyyata alınması prosedurası artıq başa çatdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR