Bank Of Baku

Azərbaycanda RSI indeksinin azalması davam edir

Azərbaycanda RSI indeksinin azalması davam edir
# 24 dekabr 2009 09:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2009-cu ilin noyabr ayı üzrə 97,7% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks oktyabr ayında 102,9%-ə, sentyabrda isə 103,4%-ə bərabər olub. Bu da həmin makroiqtisadi göstəricinin azalması tendensiyasının davam etdiyini göstərir.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Belə ki, cari ilin noyabr ayında ümumi pərakəndə dövriyyəsi 1 000,8 mln. manat, oktyabrda 1 024,8 mln. manat, sentyabr ayında isə 995,9 mln. manat təşkil edib.

RSI indikatoru əhali tərəfindən mal alışının birbaşa dinamikasını əks etdirir və həmin indeks əsas nisbi makroiqtisadi göstəricilərdən biridir. Bu göstəricinin 100%-dən aşağı olması hesabat ayı ərzində əhali tərəfindən alınan malların həcmi və ya dəyərinin əvvəlki ayla müqayisədə azaldığı göstərir ki, bu da istehlak bazarında geriləməni əks etdirən əsas göstəricilərdən biridir. Eyni zamanda, il ərzində ardıcıl artımdan sonra 2,3%-lik azalmanı makroiqtisadi baxımdan formalaşmış tendensiya kimi qiymətləndirmək olmaz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR