Bank Of Baku

Azərbaycanın daxili bazarında daha 270 kq yarsız ərzaq məhsulları aşkarlanıb

Azərbaycanın daxili bazarında daha 270 kq yarsız ərzaq məhsulları aşkarlanıb
# 24 dekabr 2009 12:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Yasamal rayonunda Ç.Mustafayev küçəsi,88 ünvanında Gülarə Abbasovaya məxsus mağazada, N.Nərimanov meydanı, ev 113 ünvanında yerləşən «Home market»də, Tovuz rayonunda «Nəsimi» ticarət mərkəzi ətrafında Zərqələm Qasımovaya məxsus ərzaq malları mağazasında ümumi çəkisi 270 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, süd və süd məhsulları, balıq, mayonez, pivə, sərinləşdirici içkilər, meyvə şirələri, sular, kakao və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR