Bank Of Baku

Dünya Bankı Azərbaycana sahibkarlıq sahəsində yoxlamaların sayının azaldılmasını tövsiyə edəcək

Dünya Bankı Azərbaycana sahibkarlıq sahəsində yoxlamaların sayının azaldılmasını tövsiyə edəcək
# 24 dekabr 2009 13:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ilin əvvəlində Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiysının (IFC) biznes mühitinin yaxşılaşdırılmasına dair geniştərkibli missiyası Azərbaycana səfər edəcək. «APA-Economics»in məlumatına görə, bunu IFC-nin «Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması Layihəsi»nin rəhbəri Boris Devyak bildirib.

Onun sözlərinə görə, missiyanın Azərbaycana səfəri 2010-cu ilin yanvar ayının sonuna planlaşdırılıb ki, DB, IFC və Azərbaycan hökumətinin əsas müzakirə predmeti ölkədə biznes mühitinin yaxşılaşdırılması məqsədilə islahatların aparılması məsələsi olacaq: «İstisna deyil ki, islahatların aparılmasına dair dövlət başçısı tərəfindən müvafiq fərman da imzalanacaq. Biz isə öz növbəmizdə islahatlarla bağlı tövsiyələri yanvar-fevral aylarında artıq hazırlayıb tamamlayacayıq».

B.Devyak onu da qeyd edib ki, sözügedən islahat ən çətin və ağır islahatlardan sayılır. Belə ki, islahat zamanı yoxlama aparan vahid orqan müəyyənləşdirilməli, həmçinin yoxlamaların təkrarlanmasının qarşısı alınmalıdır: «Biz öz tövsiyələrimizdə Azərbaycan hökumətinə yoxlamalar zamanı müəssisə tərəfindən qanun pozuntusuna yol verildiyi halda həmin obyektin fəaliyyətinin dayandırılmamasını məsləhət görəcəyik. Belə ki, müəssisənin fəaliyyətinin dayandırılması ümumiyyətlə ölkə iqtisadiyyatının inkişafını ləngidir. Ümumiyyətlə, biz yoxlamaların illik sayını və vaxtını müəyyənləşdirib Azərbaycan hökumətinə təklif etmək niyyətindəyik».

Azərbaycanda sahibkarlıq sahəsində aparılan islahatlardan danışan B.Devyak onu da bildirib ki, ölkədə 2008-ci ildən tətbiq olunan sahibkarlıq subyektlərinin «vahid pəncərə» sistemi üzrə qeydiyyatı effektiv olub və islahat ümumilikdə pozitiv olub. Belə ki, il ərzində qeydiyyatdan keçən sahibkarların sayı 40% artıb: «Digər ölkələrin təcrübəsinə baxanda onu demək olar ki, bütün islahatlar heç də müsbət effekt vermir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR