Bank Of Baku

Zaqatalada «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib

Zaqatalada «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib
# 25 dekabr 2009 12:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün Zaqatala rayonunda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu, Fondun cari ildə keçirdiyi 37-ci analoji tədbirdir. Tədbirdə Şəki-Zaqatala iqtisadi rayonunda və ətraf rayonlarda fəaliyyət göstərən 250-dən artıq sahibkar iştirak edib.

Tədbir iştirakçıları əsas hissəsi SKMF-dən alınmış güzəştli kredit hesabına maliyyələşdirilən «BisMak Qida Sənaye Kompleksi» MMC-nin İsmayıllı rayonunda inşa etdirdiyi 24 min tonluq, «Karat Holdinq» MMC-nin Şəki rayonunda tikdirdiyi 10 min tonluq taxıl məhsulları anbarlarında, «Eviar» MMC-nin İsmayıllı rayonunun İvanovka qəsəbəsindəki çörək zavodunda və «Azərtəchizat-M» MMC-nin tərəvəz məhsullarının istehsalı üçün Zaqatala rayonunda inşa etdirdiyi istixanada aparılan tikinti işləri ilə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR