Bank Of Baku

Azərbaycanda daha 2,7 tona yaxın yararsız ərzaq məhsulları aşkarlanıb

Azərbaycanda daha 2,7 tona yaxın yararsız ərzaq məhsulları aşkarlanıb
# 28 dekabr 2009 13:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nəsimi rayonunda Azadlıq prospekti, 105 ünvanında Qalib Həsənova məxsus mağazada,
Azadlıq prospekti, ev 32 ünvanında Fizuli Qədirova məxsus mağazada, M.Qaşqay küçəsi, ev 44 ünvanında «ADİSK» MMC-yə məxsus mağazada, Səbail rayonunda S.Rüstəmov küçəsi, 8 ünvanında «Süleyman-M» firmasına məxsus «777 market»də, S.Rüstəmov küçəsi, ev 10, mənzil 1 ünvanında yerləşən «Nur market»də, Binəqədi rayonunda Dərnəgül qəsəbəsi, Ə.Naxçıvani küçəsi, 3106-cı məhəllədə «Lotos» firmasına məxsus mağazada və anbarda, Yasamal rayonunda Azərbaycan prospekti, 38 ünvanında Nigar Əliyevaya məxsus mağazada, həmçinin Tovuz rayonunda «Nəsimi» ticarət mərkəzinin ətrafında Yaşar Əliyevə məxsus ərzaq malları mağazasında ümumi çəkisi 2,7 tona yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, süd və süd məhsulları, düyü, mərci, lobya, noxud, pivə, meyvə şirələri, sular və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR