Bank Of Baku

Abu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri-Azərbaycan biznes-forumu keçirilib

Abu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri-Azərbaycan biznes-forumu keçirilib
# 29 dekabr 2009 14:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Abu-Dabidə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın II iclası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyasının təşkilatçılığı ilə BƏƏ-Azərbaycan biznes-forumu keçirilib.

Azərbaycan İqstiadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycan tərəfindən dövlət rəsmiləri ilə yanaşı, İKT, kənd təsərrüfatı, maliyyə, bank, logistika, turizm, tikinti, sənaye, enerji və s. sahələrdə fəaliyyət göstərən 30-dan artıq şirkətin nümayəndəsi iştirak edib. BƏƏ isə tədbirdə dövlət qurumlarının nümayəndələri ilə yanaşı, müvafiq sahələrdə fəaliyyət göstərən 40-dan çox şirkətlə təmsil olunub.

Biznes-forumda BƏƏ-nin İqtisadiyyat Nazirliyi tərəfindən bu ölkənin investisiya mühiti, Azpromo tərəfindən isə Azərbaycanın biznes və investisiya imkanları barədə təqdimatlar keçirilib. Tədbirdə həmçinin, Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Forum çərçivəsində Azərbaycan və BƏƏ-nin iş adamları arasında ikitərəfli görüşlər keçirilib, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

Səfər zamanı həmçinin, azərbaycanlı iş adamlarının Dubay Ticarət və Sənaye Palatasında, Abu-Dabi Sənaye Şəhərciyində, eləcə də Şarja Ticarət və Sənaye Palatasında görüşləri təşkil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR