Bank Of Baku

Gələn il Aktau şəhərində Azərbaycan-Qazaxıstan biznes-forumu keçiriləcək

Gələn il Aktau şəhərində Azərbaycan-Qazaxıstan biznes-forumu keçiriləcək
# 30 dekabr 2009 12:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gələn ilin birinci yarısında Aktau şəhərində Azərbaycan və Qazaxıstan iş adamlarının iştirakı ilə biznes-forum keçiriləcək. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib.

T.Vəliyevin sözlərinə görə, biznes-forumda Azərbaycandan Sumqayıt, Qazaxıstandan isə Aktau şəhərində fəaliyyət göstərən şirkətlər, iş adamları iştirak edəcəklər.

Hazırda tədbirdə nə qədər sahibkarın iştirak edəcəyi barədə məlumatın olmadığını bildirən T.Vəliyev biznes-forumun məqsədinin hər iki tərəfdən kiçik və orta sahibkarlar arasında əlaqələri gücləndirməkdən ibarət olduğunu vurğulayıb.

Biznes-forum Sumqayıt və Aktau şəhərləri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamə çərçivəsində təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR