Bank Of Baku

Azərbaycanın Sumqayıt şəhərində qazla işləyən təhlükəli məişət cihazları aşkarlanıb

Azərbaycanın Sumqayıt şəhərində qazla işləyən təhlükəli məişət cihazları aşkarlanıb
# 06 yanvar 2010 15:06 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə SMPDK-in mətbuat xidmətindən məlumat verilib.

Komitənin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, B.İsgəndərova məxsus mağazada Türkiyə istehsalı olan “Süsler” və “Silver” nişanlı qaz plitələri, fiziki şəxs E.Umudova məxsus mağazada Almaniya istehsalı olan “BOSCH” nişanlı su qızdırıcıları, fiziki şəxs A.Əhmədova məxsus mağazada Türkiyə istehsalı olan “DELUX” nişanlı məişət qaz sobaları, fiziki şəxs C.Mehdiyevə məxsus mağazada Çin istehsalı olan “SAMSUNG” nişanlı su qızdırıcıları, fiziki şəxs V.Canıyevə məxsus mağazada Çin istehsalı olan “SAMSUNG” nişanlı məişət qaz sobaları, fiziki şəxs P.Əliyevə məxsus mağazada Çin istehsalı olan “NOKİA” nişanlı məişət qaz sobaları, fiziki şəxs T.Süleymanovaya məxsus mağazada İran istehsalı olan “MARSHALL” nişanlı məişət qaz sobaları, fiziki şəxs B.Məmmədovaya məxsus mağazada Türkiyə istehsalı olan “BEKO” nişanlı məişət qaz plitələri, fiziki şəxs Ş.Abdinova məxsus mağazada Çin istehsalı olan “SAMSUNQ” nişanlı məişət qaz sobaları sertifikatlaşdırılmadan satışa çıxarılıb.

Müəssisə rəhbərlərinə yoxlama nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə İradnamə, məişət qaz cihazlarının satışının qadağan edilməsi barədə Tələbnamə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR