Bank Of Baku

Azərbaycanda menecerlərdən ibarət namizədlərin Almaniyada «İqtisadi kooperasiya» üzrə kurs keçməsi üçün müsabiqə keçirilir

Azərbaycanda menecerlərdən ibarət namizədlərin Almaniyada «İqtisadi kooperasiya» üzrə kurs keçməsi üçün müsabiqə keçirilir
# 07 yanvar 2010 06:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi iqtisadiyyat sahəsində idarəetmə kadrlarının ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə proqramı çərçivəsində menecerlərdən ibarət namizədlərin 2010-cu ildə Almaniyada «İqtisadi kooperasiya» üzrə kurs keçməsi üçün müsabiqə elan edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, proqramın məqsədi Azərbaycandan olan şirkət nümayəndələrinə Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübə toplamasına, alman şirkətləri ilə birbaşa əlaqələrin qurulmasına, peşəkar və mədəni dünya görüşlərinin artırılmasına şərait yaratmaqdır.

Namizədlər üçün ali təhsil (bakalavr və ya magistr dərəcəsi), menecment sahəsində azı 2 illik təcrübə, yaşı 40-dək olmalı, ingilis və ya alman dilini bilmək kimi tələblər irəli sürülüb. Təhsil ingilis və ya alman dilində aparılacaq. Seçim zamanı menecment, iqtisadiyyat və hüquq sahəsində təhsil almış şəxslərə üstünlük veriləcək.

Almaniyada keçiriləcək ixtisasartırma kursu treninq (praktiki idarəetmə vərdişlərinin qazanılması) və şirkətlərdə praktiki təcrübə (qrup və ya tək təcrübə keçmək, işgüzar əlaqələr yaratmaq) mərhələlərindən ibarətdir. Təcrübə 2010-cu ilin aprel və ya may ayında (1 ay) keçiriləcək. Təcrübə zamanı təlim keçənlərin Almaniyada qalmaq xərclərinin və təhsil haqqının ödənilməsini alman tərəfi öz öhdəsinə götürür.

Yol xərci və Bakıda keçiriləcək təlimlər (2 həftəlik) iştirakçıların təmsil etdiyi təşkilat və ya namizədlər tərəfindən ödənilir.

Namizədlər özləri və işlədikləri müəssisə haqqında məlumat, həmçinin zəmanət məktubunu cari ilin fevralın 5-dək Bakı Biznes Tədris Mərkəzinə təqdim etməlidir.

Əlaqə telefonu: (+994 12) 431-39-07, 430-93-22.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR