Bank Of Baku

1,2 ton saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

1,2 ton saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 07 yanvar 2010 14:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarını keyfiyyətsiz və təhlükəli mallardan qorumaq məqsədilə keçirdiyi növbəti nəzarət tədbirləri zamanı bir sıra qanun pozuntuları aşkar olunub.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Yasamal rayonunda İzmir küçəsi, ev 9c ünvanında yerləşən «Moskva market»də, Xətai rayonunda A.Cəlilov küçəsi, 23 ünvanında «Fərid» müstəqil şirkətinə məxsus topdansatış anbarında, X.Məmmədov küçəsi, ev 1c ünvanında yerləşən «Bizim market»də, Binəqədi rayonunda A.Gəraybəyli küçəsi, ev 37 ünvanında Mərdan Azadəliyevə məxsus topdansatış anbarında, Əcəmi Naxçıvani küçəsi, ev 19 ünvanında Vilayət Musayevə məxsus topdansatış anbarında, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində «Karona» MMC-yə məxsus ticarət obyektində, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 22 ünvanında yerləşən «Kral market»də ümumi çəkisi 1,2 tona yaxın saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, süd və süd məhsulları, makaron məmulatları, yağlar, düyü, lobya, pivə, meyvə şirələri, sular, quru meyvələr və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR