Bank Of Baku

Çin ixracın həcminə görə dünya liderinə çevrilib

Çin ixracın həcminə görə dünya liderinə çevrilib
# 08 yanvar 2010 11:28 (UTC +04:00)
Bakı – APA-Economics. 2009-cu ildə Çin ixracın həcminə görə Almaniyanı keçərək dünya liderinə çevrilib.

APA-Economics”in “France-Presse” agentliyinə istinadən məlumatına görə, ötən ilin ilk 11 ayında Çinin ixracının həcmi Çin mallarına azalan tələbatın fonunda 1,07 trln. dollar təşkil edib.

Avropa İttifaqının əhəng iqtisadiyyatına malik Almaniyanın ixrac göstəricisi isə 1,05 trln. dollar olub.

Ümumdünya Ticarət Təşkilatının statistikasına əsasən, Çin 2009-cu ilin birinci yarısında ilk dəfə olaraq Almaniyanı üstələyib. Yanvar-iyun aylarında Çinin ixrac göstəricisi 521,7 mlrd. dollar, Almaniyanın ixrac göstəricisi isə 521,6 mlrd. dollar təşkil edib.

2009-cu ildə Almaniya iqtisadiyyatı 5% azalıb, Çin iqtisadiyyatı isə sürətlə artır. Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, 2010-cu ildə çin Ümumi Daxili Məhsulun artımına görə Yaponiyanı keçə və iqtisadiyyatının həcminə görə dünyanın ikinci ölkəsinə çevrilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR