Bank Of Baku

Sumqayıtda məişət, kommunal, ticarət, iaşə və qida sənayesi üzrə 26 obyektdə yoxlama aparılıb

Sumqayıtda məişət, kommunal, ticarət, iaşə və qida sənayesi üzrə 26 obyektdə yoxlama aparılıb
# 11 yanvar 2010 08:24 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən yanvarın ilk 10 günü ərzində məişət, kommunal, ticarət, iaşə və qida sənayesi üzrə 26 obyektdə yoxlama aparılıb. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Obyektlərin ümumi sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti yoxlanılıb, aşkar edilən nöqsanların vaxtında aradan qaldırılması üçün lazımi tapşırıq və təkliflər verilib. İcra hakimiyyətindən verilən məlumata görə, obyektlərin müəyyən hissəsində laborator müayinə üsullarından istifadə etməklə yoxlamalar aparılıb. Eyni zamanda hazırda şəhər ərazisində yerləşən ictimai və yaşayış binalarının zirzəmilərində olan suların qrunt və ya içməli su xəttindən axan sular olmasını aydınlaşdırmaq üçün laborator müayinələr davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR