Bank Of Baku

Ötən il Naxçıvanda 91 satınalma müsabiqəsi keçirilib

Ötən il Naxçıvanda 91 satınalma müsabiqəsi keçirilib
# 12 yanvar 2010 12:49 (UTC +04:00)
Naxçıvan. Nicat Əliyev – APA. Ötən il Naxçıvan Muxtar Respublikasında (MR) 91 satınalma müsabiqəsi keçirilib.

Naxçıvan MR Satınalmalar üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, açıq tender və kotirovka sorğularında satın alınan malların (iş və xidmətlərin) ehtimal olunan qiyməti 32 410 483 manat olub. Bağlanmış müqavilənin ümumi məbləği isə 31 610 491 manat təşkil edib ki, nəticədə 799 992 manat dövlət vəsaitinə qənaət olunub.

Təşkilatdan onu da bildiriblər ki, dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iddiaçılar arasında yerli məhsul istehsalçılarının fəallığının artdığı müşahidə edilib. Ərzaq məhsullarının, müəssisə və təşkilatlarda avadanlıqların satın alınmasında yerli məhsullardan da istifadə hallarının artdığı qeyd olunur.

Qeyd edək ki, 2009-cu ildə keçirilən satınalmalar 10 nazirlik və təşkilat üzrə baş tutub. Bunlardan 6-sı nazirlik, digər dördü hərbi hissə, tikinti komitəsi, istehsal müəssisəsi və meliorasiya-su təsərrüfatı xidməti göstərən təşkilat üzrə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR