Ötən il Azərbaycanın ticarət şəbəkəsindən 137 ton istifadəyə yararsız ərzaq məhsulları satışdan çıxarılıb
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən maarifləndirmə tədbirləri çərçivəsində ötən il «İstehlakçı hüquqlarının müdafiəsi dövlətin prioritet vəzifəsidir», Sumqayıtda «İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri», Xaçmazda «İstehlakçı hüquqlarının qorunmasına dövlət qayğısı» mövzularında konfranslar keçirilib. Bundan başqa, 2009-cu il ərzində Dövlət Xidməti tərəfindən istehlakçıların maarifləndirilməsi məqsədilə istehlakçı hüquqlarına dair 6 adda 60 min ədəddən artıq yaddaş kitabçası, 1 500 plakat, sahibkarların istehlakçı hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 3 adda 5 mindən artıq yaddaş kitabçası çap edilərək Bakıda və regionlarda istehlakçılara və sahibkarlara paylanıb.
Bununla yanaşı, 2009-cu ildə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Bakıda taxıl və digər yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi üzrə sınaq laboratoriyasının yaradılması başa çatdırılıb.
Bundan başqa, 2009-cu il ərzində Dövlət Xidməti tərəfindən MDB-yə üzv olan dövlətlərə ixrac olunan mallara («CT-1» formalı mənşə sertifikatı) 8 559, MDB-yə üzv olmayan dövlətlərə ixrac olunan mallara («Ümumi forma»lı mənşə sertifikatı) 1 761, Ümumi Preferensiyalar Sisteminə (GSP) daxil olan dövlətlərə ixrac olunan mallara («Forma-A» mənşə sertifikatı) isə 830 ədəd mənşə sertifikatı verilib.
Dövlət Xidmətinin 2009-cu ildə apardığı monitorinqlər zamanı isə ümumi çəkisi 137 ton olan saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Yararsız malların 7,8 tonunu ət və ət məhsulları, 15,1 tonunu süd və süd məhsulları, 34,8 tonunu mineral sular və sərinləşdirici içkilər, 18 tonunu şəkər və qənnadı məhsulları təşkil edib.
Dövlət Xidməti tərəfindən ötən il həmçinin 3,3 ton taxıl məhsulları, 7,1 ton yağ, 2,3 ton konservləşdirilmiş məhsullar, 5,7 ton tamlı məhsullar (tomat pastası, ketçup və s.), 36,6 ton spirtli içkilər, 1,1 ton yarımfabrikatlar, 0,4 ton balıq və digər dəniz məhsulları və s. saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib.
Bundan başqa, 2009-cu ildə Dövlət Xidməti tərəfindən istifadə müddəti ötmüş 1,7 ton uşaq yeməkləri, 11 min ədəd sertifikatlaşdırılmamış uşaq oyuncaqları və 2,4 minə yaxın müxtəlif növ uşaq geyimləri satışdan çıxarılıb və məhv edilib.
Ötən il dərsliklərin və məktəbli ləvazimatlarının satışı obyektlərində aparılmış yoxlamalar zamanı isə 178 ədəd saxta dərslik və 5 921 ədəd normativ-texniki sənədlərin tələblərinə cavab verməyən dəftərlər satışdan çıxarılıb.
Hesabat ilində həmçinin ümumi çəkisi 1 017 tondan çox olan saxta sement aşkar olunub və ticarət dövriyyəsindən çıxarılıb.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan nəzarət tədbirləri zamanı həmçinin, mənşəyi məlum olmayan, istifadə müddəti ötmüş 708 kiloqram məişət kimyası məhsulları, 888 ədəd ətriyyat və kosmetika məhsulları və s. satışdan çıxarılaraq məhv edilib.
Ötən il ərzində Dövlət Xidməti tərəfindən qanun pozuntularına yol vermiş təsərrüfat subyektləri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 845 qərar qəbul olunmuş, qanunvericiliyin tələbini pozmuş şəxslərə 1,4 mln. manat inzibati cərimə tətbiq olunub.
Sahibkarlıq
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb
“Baku Steel Company” QSC açıq tender elan edir
“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
Xəbər Lenti
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
FHN Lənkəranda seminar-müşavirə keçirib
NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib
Dövlət qurumunun adından saxta sənəd hazırlayaraq 250 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
Aİ-nin xüsusi nümayəndəsi: Sülhə gedən yolda Azərbaycana necə dəstək ola biləcəyimiz müzakirə olunur
Fransa səfiri: Azərbaycanın Qarabağdakı yenidənqurma işlərinin miqyasını görmək çox təsiredicidir
Paşinyan: Kərki də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olmayıb
Bayraktar: SOCAR-la TPAO “Şəfəq-Asiman” və “Qarabağ” yataqları üzrə əməkdaşlığı genişləndirəcək
Nazir: “TANAP-ın elektrik versiyası” Azərbaycanı Bolqarıstanla birləşdirəcək
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
Alparslan Bayraktar: Hörmüz böhranı enerji əməkdaşlığının əhəmiyyətini daha da artırır
Pərviz Şahbazov: Azərbaycan və Türkiyə enerji əməkdaşlığını elektrikləşmə mərhələsinə daşıyır
Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olunub
Nazir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir
Baba Rzayev: Cəbrayıl-Ağbənd 330 kV-luq elektrik xəttinin tikintisi başa çatmaq üzrədir
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib, protokol imzalanıb - YENİLƏNİB
Parlamentin şöbə müdiri: Hazırki təhsil sistemində 3 illik bakalavriata keçid mümkün deyil
Rövşən Nəcəf: Azərbaycan-Türkiyə Enerji Forumu mühüm əməkdaşlıq platformasıdır
Pərviz Şahbazov: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji məzmun qazanıb
Təhsil kreditinin meyarlarına yenidən baxılması təklif olunub
Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan yaşıl elektrik layihəsi üzrə hökumətlərarası saziş imzalana bilər
Bayraktar: Naxçıvan üzərindən Azərbaycan-Türkiyə elektrik bağlantısı layihəsi tətbiq mərhələsinə yaxınlaşır
Alparslan Bayraktar: Azərbaycan və Türkiyə elektrik sistemlərinin daha sıx inteqrasiyasını hədəfləyir
Xalq artisti Şəfiqə Məmmədova: İttifaq daxilində bir çox çətinliklər və problemlər var
Türkiyənin “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsində iştirakı nəzərdə tutulur
Nazir: Zəngəzur dəhlizi ilə Azərbaycan və Türkiyə arasında yeni elektrik bağlantısı yaradılacaq
Azərbaycandan Türkiyəyə və beynəlxalq bazarlara ixrac olunan neft-qazın həcmi açıqlanıb
Sabah 31 dərəcə isti olacaq
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
Müvəqqəti işlər vəkili ABŞ-Azərbaycan münasibətlərində hazırda çoxsaylı proseslərin baş verdiyini bildirib
Emi Karlon: Xankəndiyə ikinci dəfə səfər edirəm, ötən müddətdə yeni inkişafın şahidi oldum
Emin Əmrullayev: Müəllimlərin 90 faizdən çoxu sertifikatlaşdırmadan keçib
Xaçmazda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər həbs edilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib - FOTO - YENİLƏNİB-1
Hikmət Hacıyev: Qarabağda və digər ərazilərimizdəki bütün mədəni irs Azərbaycan qanunvericiliyi ilə qorunur
Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub
Xarici diplomatlar Xankəndi şəhərində Zəfər Parkını ziyarət ediblər - FOTO