Bank Of Baku

Venesuelada qiymətləri süni şəkildə qaldıran 619 mağaza bağlanıb

Venesuelada qiymətləri süni şəkildə qaldıran 619 mağaza bağlanıb
# 15 yanvar 2010 08:38 (UTC +04:00)
Bakı – APA-Economics. Venesuelada qiymətləri süni şəkildə qaldırdığı üçün 619 mağaza bağlanıb.

APA-Economics”in beynəlxalq xəbər agentliklərinə istinadən məlumatına görə, yerli hökumət milli valyuta olan bolivarın devalvasiyasından sonra artan möhtəkirliklə mübarizə aparmaq üçün mağazalarda yoxlamalar aparmağa qərar verib.

Yanvarın 11-dən 15-dək Milli Qvardiyanın hərbi qulluqçularının iştirakı ilə 1000 mağazada yoxlama aparılıb. Nəticədə qiymətləri 80% artıran 619 mağaza müvəqqəti olaraq qapadılıb. Rəsmi məlumatlara görə, bu mağazaların sahibləri qiymətləri 80% artırıb. Onları cərimə də gözləyir.

Qeyd edək ki, bu il yanvarın 8-də Venesuelada milli valyutanın devalvasiyası həyata keçirilib. Bolivarın dollara nisbəti iki dəfə ucuzlaşaraq 2,15-dən 4,3-ə düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR