Bank Of Baku

«ATA Holding»in nümayəndə heyəti Belarusda olub

«ATA Holding»in nümayəndə heyəti Belarusda olub
# 15 yanvar 2010 09:58 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. «ATA Holding» Şirkətlər Qrupu İdarə Heyətinin sədr müavini Anar Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belarusda səfərdə olub. Belarusun Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Belarusun sənaye nazirinin birinci müavini İvan Demidoviç, idman və turizm nazirinin müavini Çeslav Şulqa və Moqilyov vilayətinin qubernatoru Pyotr Rudnik ilə görüşlər keçirib, bir sıra sənaye müəssisəsinə baş çəkiblər, işgüzar dairələrin təmsilçiləri ilə danışıqlar aparıblar. Görüşlərdə Belarus-Azərbaycan əməkdaşlığının yüksək dinamikası qeyd olunub, «ATA Holding»in Belarus tərəfdaşları ilə qida sənayesi, maşınqayırma, turizm sahəsində perspektiv layihələrin icrasının mümkünlüyü müzakirə olunub.

Görüşlərdə «Belarusun Azərbaycan İcmaları Konqressi» beynəlxalq birliyinin sədri, tanınmış idmançı Natiq Bağırov, «Azəri» Moqilyov azərbaycanlıları birliyinin sədri İlyas İlyasov da iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR