Bank Of Baku

Ötən il Azərbaycanda stimullaşdırıcı lotereyaların keçirilməsi zamanı qanun pozuntusuna yol vermiş 5 təşkilatçı cərimələnib

Ötən il Azərbaycanda stimullaşdırıcı lotereyaların keçirilməsi zamanı qanun pozuntusuna yol vermiş 5 təşkilatçı cərimələnib
# 16 yanvar 2010 09:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycanda lotereya fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar olaraq stimullaşdırıcı lotereyaların keçirilməsi zamanı qanun pozuntusuna yol vermiş bir neçə şirkət qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb edilib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dövr ərzində 8 qanun pozuntusu aşkar olub və 5 təşkilatçıya ümumilikdə 1 000 manat inzibati cərimə tətbiq edilib.

Ümumilikdə isə 2009-cu il ərzində «Azərlotereya» ASC tərəfindən 14 uduşlu, digər şirkətlər tərəfindən isə 58 stimullaşdırıcı lotereya keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR