Bank Of Baku

Ötən il Azərbaycanın fond bazarında investorların hüquqlarının müdafiəsi ilə bağlı verilən şikayətlərin sayı 6% artıb

Ötən il Azərbaycanın fond bazarında investorların hüquqlarının müdafiəsi ilə bağlı verilən şikayətlərin sayı 6% artıb
# 18 yanvar 2010 07:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən investorların hüquqlarının müdafiəsi, həmçinin səhmdarlar arasında münasibətlərin qanunvercilik çərçivəsində idarə edilməsi üzrə müvafiq tədbirlər davam etdirilib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, bu müddətdə 354 səhmdar cəmiyyəti barədə 215 şikayət daxil olub ki, bu da 2008-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 6% çoxdur. Aparılan araşdırmalar nəticəsində səhmdarların hüquqlarının təmin edilməsi məqsədilə səhmdar cəmiyyətlərinin 109-nun fəaliyyətində qanun pozuntuları aşkar olunduğuna görə inzibati məsuliyyətə cəlb edilib.

Bundan başqa, QKDK-ya 2008-ci ilin nəticələrinə görə illik hesabatını təqdim etmədiyi üçün 157 səhmdar cəmiyyətinə qarşı inzibati cərimə tətbiq edilib. Beləliklə, ümumilikdə 69 200 manat məbləğində 266 inzibati cərimə tətbiq olunub.

Ötən il ərzində həmçinin 153 səhmdar cəmiyyətinə fəaliyyətlərində aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması haqqında icrası məcburi göstərişlər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR