Bank Of Baku

Bakıda «Azərbaycanda pərakəndə satış – reallıqlar və beynəlxalq təcrübə» mövzusunda konfrans keçirilib

Bakıda «Azərbaycanda pərakəndə satış – reallıqlar və beynəlxalq təcrübə» mövzusunda konfrans keçirilib
# 18 yanvar 2010 14:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərsun Holdinq» Şirkətlər Qrupunun təşəbbüsü və maliyyə dəstəyilə Bakıda «Azərbaycanda pərakəndə satış – reallıqlar və beynəlxalq təcrübə» mövzusunda konfrans keçirilib. Bu barədə «APA-Economics»ə «Azərsun Holdinq» Şirkətlər Qrupunun mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Bakıda və Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən pərakəndə satış müəssisələrinin rəhbərləri iştirak edib. Konfransda çıxış edən holdinqin İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin bölmə rəisi Afiq Səfərov Azərbaycanda mövcud iqtisadi artımın mal və xidmətlərin daha keyfiyyətlə təqdim olunmasını zərurətə çevirdiyini və bu sahədə rəqabətin artdığını bildirib. Holdinqin Satış Departamentinin müdiri Elşən Osmanov təkmilləşən pərakəndə satış bazarındakı vəziyyəti əhatəli təhlil edərək, bu sahədə mövcud beynəlxalq təcrübələyə ehtiyac olduğunu vurğulayıb.

Türkiyəli ekspert Turhan Günay isə dünyada fəaliyyət göstərən və geniş satış şəbəkəsinə malik şirkətlərin təcrübəsindən danışıb. T.Günay Azərbaycanda pərakəndə satış indeksinin artan xətlə inkişaf etdiyinə diqqət çəkərək bu sahədə geniş imkanların olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR