Bank Of Baku

Ötən il Azərbaycanda sənaye nümunəsi və faydalı model patentlərinin sayı artıb

Ötən il Azərbaycanda sənaye nümunəsi və faydalı model patentlərinin sayı artıb
# 18 yanvar 2010 15:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən 2009-cu ildə ixtiraya dair 211, sənaye nümunəsinə dair 30, faydalı modelə dair 11 patent, əmtəə nişanlarına dair isə 1 443 şəhadətnamə verilib. Bu barədə «APA-Economics»ə SMPDK-in mətbuat xidmətindən məlumat verilib.

Ümumilikdə, 2009-cu ildə Dövlət Komitəsinə ixtiraya dair 270, sənaye nümunəsinə dair 46, faydalı modelə dair 12 və əmtəə nişanlarına dair 1 617 iddia sənədi daxil olub. İxtira patentlərinin sayının ötən illə müqayisədə artım fərqi az olsa da, sənaye nümunəsi və faydalı model patentlərinin sayında müəyyən qədər artım olub. Belə ki, 2008-ci ildə sənaye nümunəsinə verilən patentlərin sayı 25 və faydalı modellərə verilən patentlərin sayı 5 ədəd olduğu halda bu rəqəm 2009-cu ildə artaraq müvafiq olaraq 30 və 11 ədəd təşkil edib.

İl ərzində hüquqların digər şəxslərə verilməsi ilə bağlı əmtəə nişanına görə 79 ədəd, ixtira iddia sənədinə görə 6 ədəd, müqavilələrin, o cümlədən 15 ədəd əmtəə nişanına dair lisenziya müqaviləsinin ekspertizası aparılaraq qeydiyyata alınıb.

Avrasiya patentinin alınması ilə bağlı milli iddiaçılar tərəfindən verilən 21, Patent Kooperasiya haqqında Müqavilə (PCT) çərçivəsində patent almaq üçün milli iddiaçılar tərəfindən verilən 4 iddia sənədlərinin “alan idarə” kimi formal ekspertizası aparılıb. Sənədlər müvafiq olaraq Avrasiya Patent İdarəsinə və Ümumdünya Əqli Milkiyyət Təşkilatının (ÜƏMT) Beynəlxalq Bürosuna göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR