Bank Of Baku

Azərbaycanda alkoqollu içkilərin satış obyektlərinin əksəriyyətində problemlər aşkarlanıb

Azərbaycanda alkoqollu içkilərin satış obyektlərinin əksəriyyətində problemlər aşkarlanıb
# 19 yanvar 2010 06:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycanda alkoqollu içkilərin və tütün məmulatlarının satışını həyata keçirən 300-ə yaxın ticarət obyektində monitorinq keçirilib. Bu barədə «APA-Economics»ə Monitorinq Qrupunun rəhbəri, Kənd Təsərrüfatı Nazirliyi çoxillik əkmələr, bitkiçilik məhsullarının istehsalı və emalı şöbəsinin müdiri Elbrus Xəlilov məlumat verib.

E.Xəlilovun sözlərinə görə, mornitorinq zamanı alkoqollu içkilərin satışı ilə bağlı obyektlərin böyük əksəriyyətində problemlər aşkarlanıb. Problemlər əsasən satılan məhsulların gigiyenik sertifikatları və hesab fakturalarının olmaması ilə bağlıdır. Tütün məmulatlarının satışı ilə bağlı isə problem aşkarlanmayıb.

E.Xəlilov bildirib ki, nöqsanlar aşkarlanmış ticarət obyektləri barədə məlumatlar rayon vergi idarələrinə və icra hakimiyyətlərinə göndərilib.

Nazirlik nümayəndəsinin verdiyi məlumata görə, aşkarlanmış nöqsanlar əvvəlki illərlə müqayisədə 70% azalıb.

E.Xəlilov hazırda 2010-cu il üçün fəaliyyət planının hazırlandığını və yaxın vaxtlarda təsdiq üçün Nazirlər Kabinetinə göndəriləcəyini vurğulayıb. Fevral ayında başlanacaq yeni monitorinq Bakı şəhəri və respublikanın digər rayonlarını əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR