Bank Of Baku

«Azpetrol», «Lukoil» və «ABU Petrol»un yanacaqdoldurma məntəqələrinin işində nöqsanlar aşkarlanıb

«Azpetrol», «Lukoil» və «ABU Petrol»un yanacaqdoldurma məntəqələrinin işində nöqsanlar aşkarlanıb
# 20 yanvar 2010 09:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Standartlaşdırma, Mertologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) ölkədə fəaliyyət göstərən 6 yanacaqdoldurma məntəqəsinə qarşı cərimə tətbiq edib. «APA-Economics»in məlumatına görə, bunu SMPDK-nin sədri Ramiz Həsənov bildirib.

R.Həsənovun sözlərinə görə, bu yanacaqdoldurma məntərqələrinə qarşı tətbiq olunan cərimənin məbləği 5 min manat təşkil edib: «Komitə tərəfindən müəssisənin rəhbərinə və müəssisənin özünə də cərimə tətbiq edilə bilər və bu cərimənin məbləği 1500 manatdır. Ümumiyyətlə, aparılan yoxlamalar zamanı qərəzəli faktlar aşkar edilməyib. Bu faktların hamısı texniki məsələlərlə bağlıdır. Yoxlamalar zamanı «Azpetrol», «Lukoil», «ABU Petrol» kimi iri müəssisələrdə də nöqsanlar aşkarlanıb. Bu nöqsanların baş verməsi həmin şirkətlərdən asılı deyil, bu bir mexanizmdir, işlədikcə xarab olur».

R.Həsənov bildirib ki, akşkar olunan faktlar sırasında əsasən yanacaqdoldurma məntəqəsində yanacağın az vurulması, hətta bəzilərində isə çox vurulması ilə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR