Bank Of Baku

Azərbaycanda keçirilən son pul hərracında bir səhmdar cəmiyyəti satılıb

Azərbaycanda keçirilən son pul hərracında bir səhmdar cəmiyyəti satılıb
# 20 yanvar 2010 10:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari il yanvarın 12-də Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) tərəfindən keçirilmiş 546-cı pul hərracında bir səhmdar cəmiyyəti satılıb. Bu barədə «APA-Economics»ə ƏMDK-dən məlumat verilib.

Kürdəmir rayonunun Sorsor kəndində yerləşən «Kürdəmir Buzxana» ASC-nin hərraca çıxarılmış 102 419 səhmi ilkin hərrac qiymətinə – 102 419 manata satılıb.

Komitədən verilən məlumata görə, «Kürdəmir Buzxana» ASC-nin nizamnamə kapitalı 684 414 manat, buraxılmış səhmlərinin ümumi sayı 342 207 ədəd, bir səhmin nominal dəyəri 2 manat təşkil edib. Satışa səhmdar cəmiyyətinin nizamnamə kapitalının 29,93%-ni təşkil edən 102 419 səhm çıxarılıb ki, bunun da nominal dəyəri 204 838, ilkin hərrac qiyməti isə 102 419 manat (50%) olub. Hərraca təqdim olunan səhmlər tam şəkildə satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR