Bank Of Baku

Azərbaycanda hüquqi və fiziki şəxslərin ümumi sayı 43 232 nəfərə çatıb

Azərbaycanda hüquqi və fiziki şəxslərin ümumi sayı 43 232 nəfərə çatıb
# 21 yanvar 2010 06:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda qeydiyyata alınmış hüquqi və fiziki şəxslərin ümumi sayı 43 232 nəfərə bərabər olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ildə qeydiyyata alınmış 5 314 hüquqi şəxsin 195-i dövlət mülkiyyətinə, 1-i bələdiyyə mülkiyyətinə, 4 529-u xüsusi mülkiyyətə mənsubdur. Onların 463-ü tam xarici investisiyalı, 126-sı isə birgə müəssisələrə aiddir. Yeni müəssisələrin 65,5%-i Bakıda, 11,6%-i Aran, 5,7%-i Abşeron, 5%-i Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə yaradılıb.

Bununla yanaşı, keçən il ərzində 37 918 fiziki şəxs qeydiyyatdan keçib. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR