Bank Of Baku

Türkiyənin «Titan Bina Elektronik Sistemleri» şirkəti Azərbaycanda filial açıb

Türkiyənin «Titan Bina Elektronik Sistemleri» şirkəti Azərbaycanda filial açıb
# 21 yanvar 2010 10:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin «Titan Bina Elektronik Sistemleri Texnoloji Sanayii ve Ticaret» şirkətinin Azərbaycanda filialı qeydiyyatdan keçib. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

Vergilər Nazirliyində «bir pəncərə» sistemi üzrə 2009-cu ilin son günlərində qeydiyyata alınmış şirkət Bakı şəhəri, Nəsimi rayonu E.Tağızadə küçəsi, ev 11 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Mete Dedeoğludur.

Qeyd edək ki, «Titan Bina Elektronik Sistemleri Texnoloji Sanayii ve Ticaret» şirkəti əsasən yanğın, xəbərdaredici sistemlər, həyəcan panelləri, CCTV sistemləri, ətraf mühafizə, inteqrə edilmiş təhlükəsizlik sistemləri, keçidləri idarəetmə, X-Ray yük yoxlama sistemləri, turniketlər, qaz xəbərdarlığı, müxtəlif nəzarət sistemlərinin istehsalını və satışını həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR