Bank Of Baku

Azərbaycan İnvestisiya Şirkəti bu il yeni layihələrin icrasına başlayacaq

Azərbaycan İnvestisiya Şirkəti bu il yeni layihələrin icrasına başlayacaq
# 21 yanvar 2010 13:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) bir sarı irimiqyaslı layihənin icrasına başlayacaq. «APA-Economics»in məlumatına görə, bunu AİŞ-in icraçı direktoru Əfqan İsayev bildirib.

Onun sözlərinə görə, ötən il dövlət büdcəsindən AİŞ-in nizamnamə kapitalının artırılmasına 70 mln. manat vəsait yönəldilib ki, cari ildə bu vəsaitlər hesabına Qaradağ rayonunda gəmiqayırma və Ağstafada aqrar kompleksinin yaradılması, həmçinin bir sıra digər layihələrin icrasına başlanacaq.

Masazırda duz zavodunun inşası layihəsinə gəldikdə isə Ə.İsayev bildirib ki, təxminən 3 ay ərzində layihə başa çatdırılacaq.

Xatırladaq ki, AİŞ 2006-cı ilin mart ayında yaradılıb. Şirkətin investisiya fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsindən ibarətdir. Ötən il şirkətin nizamnamə kapitalı 90 mln. manat təşkil edirdi ki, artıq bu vəsait layihələrin icrası üçün bölüşdürülərək tam yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR