Bank Of Baku

Saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan 100 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan 100 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 21 yanvar 2010 15:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulları aşkar edilib.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, xidmətin apardığı yoxlamalar zamanı Bakının Xətai rayonunda, Şıxlinski küçəsi, ev1A ünvanında yerləşən «Aynur market»də, «Anar market»də, «Odlar Yurdu market»də və Ramin Məmmədova məxsus mağazada, həmçinin Şıxlinski küçəsi, ev 2 ünvanında «Ruzi market»də ümumi çəkisi 100 kiloqrama yaxın saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, konservləşdirilmiş məhsullar, süd və süd məhsulları, yağlar, pivə, sərinləşdirici içkilər, meyvə şirələri, sular, quru meyvələr, qarabaşaq yarması, sirkə, kofe və çay aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR