Bank Of Baku

Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti Türkiyə sahibkarları tərəfindən yaradılıb

Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti Türkiyə sahibkarları tərəfindən yaradılıb
# 22 yanvar 2010 11:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda statistik vahidlərin dövlət registrində qeydiyyatdan keçmiş tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə sahibkarları tərəfindən yaradılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən il ərzində statistik vahidlərin dövlət registrində qeydiyyatdan keçmiş tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (29,7%), Böyük Britaniya (11,6%), Rusiya (7,4%), İran (5,9%) ABŞ (5,7%) və Almaniya (2,7%) sahibkarları tərəfindən yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR