Bank Of Baku

Ötən il Azərbaycan əhalisi istehlak mallarına xərcləri 10% artırıb

Ötən il Azərbaycan əhalisi istehlak mallarına xərcləri 10% artırıb
# 23 yanvar 2010 08:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın istehlak bazarında ölkə əhalisinə 15 916,7 mln. manatlıq və ya 2008-ci il ilə müqayisədə 9,9% çox istehlak malları satılıb və pullu xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ticarət və xidmət üzrə ümumi artımın 69,5%-i ticarət fəaliyyəti, 30,5%-i göstərilmiş xidmətlər hesabına yaranıb.

Hesabat dövründə ticarət və xidmət şəbəkələrindən hər bir ölkə sakini hər ay orta hesabla 149,5 manatlıq və ya 13,9 manat çox müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib.

Pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlər üzrə ümumi artımın 84,2%-i istehlak bazarında əhalinin alıcılıq tələbatının ödənilməsində önəmli yer tutan özəl müəssisələrin fəaliyyəti sayəsində təmin edilib, bu müəssisələr tərəfindən əhaliyə satılmış istehlak mallarının və göstərilmiş xidmətlərin həcmi 14 682,4 mln. manat təşkil edib.

Bundan başqa, 2009-cu ildə istehlakçılara (ixrac da daxil olmaqla) 6,1 mln. ton neft məhsulları göndərilib. Həmin məhsulların 61,6%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 38,4%-i isə ixrac olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR