Bank Of Baku

Azərbaycanda intensiv çek hərraclarının keçirilməsi planlaşdırır

Azərbaycanda intensiv çek hərraclarının keçirilməsi planlaşdırır
# 25 yanvar 2010 09:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymaov – APA-Economics. Cari il yanvarın 1-dək Azərbaycanda tədavüldədə olan dövlət özəlləşdirmə çeklərinin 80%-i dövriyyədən çıxarılıb. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov məlumat verib.

K.Həsənovun sözlərinə görə, Azərbaycan prezidenti çeklərin dövriyyədə olma müddətini 2011-ci il yanvarın 1-dək uzadılması barədə sərəncam imzalayıb. Bununla bağlı olaraq ƏMDK cari ildə çeklərin dövriyyədən çıxarılması üçün həm paytaxtda, həm də bölgələrdə intensiv çek hərracları keçirməyi planlaşdırır.

Qeyd edək ki, 2010-cu il 1 yanvar tarixinə dövriyyədəki 32 mln. ədəd çekdən 25,3 mln. ədədi dövriyyədən çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR