Bank Of Baku

NAFTA-nın banisi vəfat edib

NAFTA-nın banisi vəfat edib
# 25 yanvar 2010 09:50 (UTC +04:00)
Bakı – APA-Economics. “Azad ticarət haqqında” Şimali Amerika Assosiasiyasının (NAFTA) banisi, ABŞ-ın sabiq ticarət naziri Robert Mosbaxer Hyuston klinikalarının birində vəfat edib.

APA-Economics”in “Associated Press”ə istinadən məlumatına görə, 82 yaşlı R.Mosbaxer mədəaltı vəzin xərçəngindən dünyasını dəyişib.

1960-cı illərdə siyasətə atılan R.Mosbaxer ABŞ-ın gələcək prezidentləri Riçard Nikson və Cerald Fordun seçki qərargahlarında çalışıb, ata Corc Buşun ən yaxın silahdaşlarından biri olub. Məhz Corc Buşun dövründə ticarət naziri təyin olunan R.Mosbaxer 17 dekabr 1992-ci ildə NAFTA-nın yaradılmasının əsas təşəbbüskarlarından biri olub.

NAFTA ABŞ və Kanada arasında 1988-ci ildə imzalanmış azad ticarət haqqında sazişin genişləndirilmiş variantı olub. Belə ki, yeni saziş Meksikanın da gömrük maneələrindən azad zonaya qoşulmasını nəzərdə tutub.

Dörd dəfə ailə həyatı quran R.Mosbaxerin dörd övladı qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR