Bank Of Baku

Azərbaycanda özəlləşdirilən müəssisələrdə aparılan monitorinq davam etdiriləcək

Azərbaycanda özəlləşdirilən müəssisələrdə aparılan monitorinq davam etdiriləcək
# 25 yanvar 2010 10:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda 2008-ci ildə özəlləşdirməyə açılan 400-ə yaxın sosial obyektin yarısı artıq özəlləşdirilib. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov məlumat verib.

K.Həsənovun sözlərinə görə, ötən müddət ərzində bu sosial müəssisələrdən 200-ə yaxını dövlətsizləşdirilib: «Həmin müəssisələrin 100-ə yaxınında iş yerlərinin saxlanılması və investisiyanın cəlb edilməsii, keyfiyyətin yaxşılaşdırılması ilə bağlı monitorinq keçirmişik. Gələcəkdə digər müəssisələrdə də bu tədbirlər həyata keçiriləcək».

K.Həsənov rəhbərlik etdiyi komitənin Dünya Bankının maliyyəsi ilə həyata keçirilən «Daşınmaz əmlakın kadastrı» layihəsi çərçivəsində avtomatlaşdırılmış sənəd dövriyyəsi və informasiya sisteminin qurulmasına başlandığını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR