Bank Of Baku

İzmir sərgisində ən çox alış-veriş aparan Azərbaycan iş adamları olub

İzmir sərgisində ən çox alış-veriş aparan Azərbaycan iş adamları olub
# 25 yanvar 2010 10:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan iş adamları İzmir şəhərində (Türkiyə) keçirilən beynəlxalq ayaqqabı, çanta və aksessuarlar sərgisi çərçivəsində Türkiyə şirkətlərindən 500 min ABŞ dolları dəyərində alış-veriş aparıblar. «APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan heyəti sərgidə ən çox alış-veriş edən heyət olub. Yanvarın 21-24-də keçirilən sərgiyə Azərbaycandan Məhsuldarlıq və Rəqabətədavamlılıq Milli Mərkəzinin təşkilatçılığı ilə 12 nəfərlik heyət qatılıb.

Türkiyə mətbuatının yazdığına görə, sərgi çərçivəsində ayaqqabı alqı-satqısına dair ən çox razılaşma əldə edən Azərbaycan heyətində təmsil olunan iş adamları ayaqqabı ilə birgə çanta və aksessuarla bağlı təxminən 40 min dollarlıq alış-veriş edib. Dörd gün davam edən sərgi çərçivəsində isə Azərbaycan iş adamlarının apardığı alqı-satqı əməliyyatlarının ümumi ticarət 500 min dollar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR