Bank Of Baku

Telman İsmayılov Moskvada yeni bazar tikəcək

Telman İsmayılov Moskvada yeni bazar tikəcək
# 25 yanvar 2010 10:58 (UTC +04:00)
APA-nın “RBK daily” saytına istinadən verdiyi məlumata görə, AST şirkəti Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun rəhbərliyi ilə Moskva ətrafında 50 hektar sahə almaq üçün danışıqlar aparır. Bu ərazidə Çerkizov bazarının analoqunun yaradılması nəzərdə tutulur. AST şirkəti Çerkizov bazarı bağlandıqdan sonra Moskva dairəvi yoluna ən azı 5 kilometr məsafədə yerləşən bölgədə 30-250 hektar satlıq ərazi axtarmağa başlayıb. Şirkət bir neçə variantı nəzərdən keçirsə də, təklif olunan sahələrdən heç birini almayıb. Əmlak bazarında çalışan agentlər bildirir ki, Tleman İsmayılovun hələlik yeni bazar üçün ərazi almağa tələsməməsinə səbəb ilk öncə yerli administrasiyanın dəstəyini qazanmaq və bazarın tikintisinə icazə almaq istəyidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR